Amerika Birləşmiş Ştatlarında (ABŞ) insan haqlarının pozulması barədə informasiyalar Çində yayılacaq. Bu barədə «Jenmin Jiabo» qəzeti xəbər verir.
1 mart tarixli rəsmi bəyanatda deyilir ki, Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının mətbuat dəftərxanası 2020-ci ildə ABŞ-da insan haqlarının pozulması barədə hesabatı dərc edəcək. Hesabatın özündə 2020-ci ildə baş vermiş pandemiya və onun qarşısının alınması istiqamətində, problemlərin həllində, Amerika demokratiyasındakı hərc-mərclik və bu qarışıqlığın doğurduğu xaosa yönəlik ABŞ-ın nekompetent fəaliyyəti yer alacaq.
«ABŞ-ın pul siyasəti ictimai rəyi təhrif etdi və boğdu, seçkilər «bir nəfərin şousuna» çevrildi, insanların Amerika demokratiya sisteminə inamı isə son 20 ildə ən aşağı səviyyəyə endi» - nəşr ÇXR Dövlət Şurası mətbuat dəftərxanasının materialından sitat gətirir.
Materialda həm də qeyd olunur ki, nəzarət altından çıxan epidemiya kütləvi işsizliyə gətirib çıxartdı, on milyonlarla insan tibbi sığortadan məhrum oldu, risk qrupundakı əhali isə hökumətin epidemiyaya passiv reaksiyasının qurbanına çevrildi.
«China.org.cn.» nəşri isə anons edir ki, Çinin ilk kommersiya-daşıyıcı raketinin (SD-3) uçuşu 2022-ci ilə nəzərdə tutulur.
Çinin üçüncü kommersiya daşıyıcı-raketi «Tszelun» - “Smart Draqon-3” özünün ilk uçuşunu 2022-ci ildə başa vuracaq. Bu barədə martın 3-də Çinin raket texnikası tədqiqat İnstitutu bəyan edib.
«Dördpilləli quru yanacaqlı mühərrikə malik SD-3 daşıyıcı raketi ən iri ölçülü və raketlər arasında ən çox yükqaldıran olacaq» - China.orq.sp sitat gətirir. «Tszelun» raketi sonuncu sınaq işlərini törəmə müəssisə olan «Long March Rocket Co., Ltd.»-də başa çatdıracaq və dənizdə birbaşa atış üçün raketin daşıyıcı-gəmiyə veriləcəyi planlanır.
AzPolitika.info


Şərhlər