Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfiri Levan Caqaryan İranın ali rəhbəri ayətullah Əli Xamenei ilə görüşüb. “Report”un məlumatına görə, bunu “TASS”a Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov deyib.
Onun sözlərinə görə, səfir Vladimir Putinin cavab məktubunu İranın ali rəhbərinə təqdim edib: “Məktub ikitərəfli münasibətlərin gücləndirilməsinə, eləcə də beynəlxalq problemlərin həlli barədədir. Görüşdə həmçinin ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayət də iştirak edib”.
Qeyd edək ki, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Rusiyaya işgüzar səfəri zamanı İranın ali rəhbərinin məktubunu Rusiya liderinə təqdim etmişdi.


Şərhlər
Görəsən, idmandan NKnə qədər RF və dünyada elə bir qurum varmı ki, orada Kremli belə səfiri olmasın?
Sefir ermeni Vilayeti de ona oxşar bir şey ,Ali Dini rehber de azerbaycan türkü.İnandırım sizi burda yüz faiz ermenilere nece kömek etmek barede meselelere de toxunulub buna emin ola bilersiniz axı İran 30 ilde hemişe ermeniye yox bize “arxa” olub.Bu zurnanın sesi sonra çıxacaq