Dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 116 574 933 təşkil edir. “Report” xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universiteti bildirib.
Qeyd edilir ki, COVID-19-dan ölənlərin sayı bir gün ərzində 2 589 283-ə qədər artıb, virusa yoluxmuş 91 milyondan çox insan sağalıb.
COVID-19-a yoluxma hallarının sayının 10 milyondan çox olduğu ölkələrin siyahısına ABŞ, Hindistan və Braziliya daxildir.
Birləşmiş Ştatlar virusa yoluxma və və ölüm sayı üzrə lider olaraq qalır. ABŞ-da koronavirusa 28 952 953 yoluxma aşkarlanıb, 524 362 insan infeksiyadan ölüb, təxminən 20 milyon nəfər sağalıb.


Şərhlər