Menu

Fransada deputat helikopter qəzasında həlak oldu

07.03.2021, 22:55

Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası olub. Bu barədə “Report” “Europe 1” radiostansiyasına istinadən xəbər verir.

KİV-in məlumatına görə, helikopter Tuk kommunası ərazisinə düşüb.

Hadisə nəticəsində Fransa Milli Məclisinin deputatı, milyarder Olivye Dasso həlak olub. Onun 60 yaşı varmış.

Qəza zamanı həmçinin helikopterin pilotu da həlak olub.

Fransa prezidenti Emmanuel Makron həlak olanların ailələrinə başsağlığı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol