Menu

Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub

08.03.2021, 01:12
Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Şərhlər

Oxucu 2021-03-08 08:54:57

Hacıbala Abutalıbovun Qaxın Ağçay kəndində saldırdığı villa şəhərciyini təcili boşaldıb, yaralılar üçün reabilitasiya mərkəzi etmək lazımdır. Onun nə oğlanları, nə də ki bir qohumu vətən müharibəsində iştirak etməyib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol