Təhsil Nazirliyi paytaxt Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əmək haqqı sisteminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə təklif verəcək.
Təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə bildirib ki, paytaxtın bütün orta məktəb müəllimləri sınaq qiymətləndirmədə iştirak edib: “Növbəti həftələr ərzində yeni təklif Nazirlər Kabinetinə təqdim ediləcək. Bu məsələyə Təhsil Nazirliyinin mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin mütəxəssisləri çox böyük töhfə verib. Hazırda son hazırlıq işləri aparılır”.


Şərhlər