Menu

Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb

08.03.2021, 19:32
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb

Avstriyada koronavirusun Braziliyada aşkarlanan ştammına ilk yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Salzburq federal torpağının hökumətindən bildiriblər.

Məlumata əsasən, yoluxma halı Salzburq şəhərində aşkarlanıb: "Bu günə qədər Salzburq səhiyyə orqanları P.2 virusunun Braziliya variantına bir yoluxma təsdiqləyiblər".

Bildirilir ki, bu ştamma digər yoluxma halları qeydə alınmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol