Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden belə bir fikir səsləndirib ki, iqtisadiyyat üzrə stimullaşdırıcı tədbirlər paketinin qəbulu iqtisadi göstəricilər üzrə digər dövlətləri, xüsusilə də Çini ötüb keçməyə kömək edəcək.
ABŞ lideri Konqresin Senatı tərəfindən 1,9 trilyon dollarlıq proqramın qəbulu il bağlı şənbə günü Ağ Evdə bəyanatla çıxış edib.
«Bu, milyonlarla iş yeri yaradacaq, biz 6 milyon iş yeri gözləyirik. Plan ÜDM-i 1 trilyon dollar artırmağa və dünyanı ötüb keçməyə kömək edəcək. Dünya yerində saymır, xüsusilə də Çin» - Bayden bildirib.
Onun təsdiqinə görə, ABŞ-la qarşıdurma heç vaxt yaxşı heç nəyə gətirməyib. «Biz, bunu (pandemiyanın nəticələrini) ötüb keçəcəyik. Biz, dünyanın aparıcı və ən uğurlu iqtisadiyyatı olaraq qalacağıq» - Bayden bəyan edib.
Fevralın əvvəlində Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Çin KP Mərkəzi Komitəsi dəftərxanasının xarici işlər üzrə başçısı Yan Tszeçinin bəyan etdiyi kimi, Pekin heç vaxt Vaşinqtona çağırış irəli sürməyə və ya dünyada onun yerini tutmağa cəhd etməyib və onunla təsir dairəsini bölmək fikrində deyil.
ABŞ Senatının qəbul etdiyi paket pandemiya ilə birbaşa mübarizəyə təqribən 400 milyard dollar ayırmağı nəzərdə tutur. 1 trilyon dollara yaxın maliyyə əhaliyə kömək göstərilməsi istiqamətinə yönəldilməlidir, qalan vəsait isə iqtisadiyyatın stimullaşdırılmasına yönəldiləcək. Proqram çərçivəsində bir çox amerikalı 1400 dollar həcmində birdəfəlik ödəniş alacaq.
AzPolitika.info


Şərhlər