Menu

Fevralda nikaha girmək istəyən 97 nəfərdə sifilis, 21 nəfərdə QİÇS aşkarlanıb

09.03.2021, 10:36
Fevralda nikaha girmək istəyən 97 nəfərdə sifilis, 21 nəfərdə QİÇS aşkarlanıb

Azərbaycanda fevral ayı ərzində nikaha daxil olmaq istəyən 9 676 nəfər müayinədən keçib.

“Report”un əldə etdiyi məlumata görə, müayinədən keçənlərdən 373 nəfərdə talassemiya daşıyıcılığı, 97 nəfərdə sifilis, 21 şəxsdə isə QİÇS aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 7 olub.

Qeyd edək ki, 2015-ci ildən indiyədək 720 897 nəfərin qan müayinəsi aparılıb. 25 073 cütlükdən birində talassemiya daşıyıcılığı, 293 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 802 nəfərdə sifilis, 740 nəfərdə HİV(QİÇS) qeydə alınıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol