Menu

"İstənilən vətəndaş soyadının sonluğunu milli sonluqla əvəz edə bilər" - Vitse-spiker

09.03.2021, 12:40
"İstənilən vətəndaş soyadının sonluğunu milli sonluqla əvəz edə bilər" - Vitse-spiker

“Soyadlardakı “ov, yev, ova” şəkilçilərinin milli sonluqlarla əvəz edilməsi vətəndaşın istəyi ilə bağlıdır. Soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur, bu prosedur könüllüdür. Ədliyyə Nazirliyi isə vətəndaşın arzu və istəyini icra edir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi zamanı parlament sədrinin I müavini Əli Hüseynli deyib.

“Yeni doğulanlarla bağlı isə heç bir problem yoxdur. Azərbaycan vətəndaşı bunu istədiyi zaman icra edə bilər”, - vitse-spiker bildirib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı soyadların milliləşdirilməsi məsələsini gündəmə gətirib.

Şərhlər

Azər 2021-03-09 14:26:20

insanların ad-soyadları ilə oynayaraq milli mənsubiyyətılərini qarışdırmağın ölkəyə nə qədər ziyan vurduğunu anlamaq vacibdir.Siz Bakıda və ya digər rayonlarda yan-la bitən erməni soyada rast gəlmzsinizzz.Bu milliliyə zərbə vurub.Bu1993-də ciddi yanlış olub və bunun zərərini millət çəkir. Bax bu sizin ad-soyadla oyunlarınız Azrbaycanda insanlarda ikrah issi yaradıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol