2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9,2 min müraciətinə baxılıb.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Bunlardan 4,5 mini ərizə və şikayət kimi, 4,7 min isə Baş İdarədə fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət kimi daxil olub.
Həmin müraciətlər əsasən yerli icra hakimiyyəti orqanları, sosial müdafiə, təhsil, səhiyyə, bələdiyyə, özəl sektor və digər sferaları əhatə edir.
“161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü belədir:
Daxili işlər orqanları – 779
Yerli icra hakimiyyəti orqanları - 656
Sosial müdafiə - 654
Səhiyyə - 564
Bələdiyyələrin fəaliyyəti – 280
Təhsil – 136
Ədliyyə orqanları - 134
Özəl sahə - 121
"Azərişıq" ASC-nin fəaliyyətilə bağlı - 115
Meliorasiya və su təsərrüfatı - 96
"Azəriqaz" İB - 88
Səfərbərlik - 48
Ekologiya və təbii sərvətlər - 40
Müdafiə - 33
"Azərsu" ASC - 29
Bank sektoru - 28
Kənd təsərrüfatı - 28
Digər - 832
Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.


Şərhlər
Gomruk ancaq vergi yigmagla mesguldur birleshmelidirIqtisadiyyat Nazirliyine ,hamsi bisavaddir ,herbi komissarlig kim istemir getmek esgerliye problem deyil .10000 ver 1ay mecburi esgerlik.Yoxsa ozunu mehdud yararli edir 3-5 ilden bir gelir herbi komissara ruvet verir.Adam var ki dovlet idjinde ishleyir amma mejdud yararlidir.Onun orda ne ishi var?
korrupsiya ,oqurluq bu rewimin mahiyyeti budur
Bu əyani sübut edir ki,dövlət orqanlarının işi düzgün qurulmayıb....
Gomruyun adi niye yoxdur?