Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) ABŞ administrasiyasının Gürcüstandakı vəziyyətlə bağlı yanaşmasını tənqid edən bəyanat yayıb. “Report”un yerli bürosu xəbər verir ki, sənəddə son zamanlar Vaşinqtonda Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının hərəkətləri ilə bağlı narazılığın artdığı bildirilib.
Qeyd olunub ki, ABŞ hələ Mixeil Saakaşvilinin vaxtında Gürcüstanda siyasi proseslərin idarə olunması, hakimiyyətin fəaliyyəti və müxalifətə münasibətdə hansı xətti tutmasını diktə etməyə öyrəşib.
XKX-nin rəisi Sergey Narışkin bəyan edib ki, ABŞ Gürcüstanda vəziyyəti qaydasına salmaq üçün müxalifətçilərə dəstəyin göstərilməsi və eyni zamanda “Gürcü Arzusu”nun mövqelərini sarsıdmaq üçün sistemli iş qurmağı planlaşdırır.
Bəyanatda qeyd olunub ki, Ağ Evdə hakim partiya üzvlərinin Avroatlantik inteqrasiya istiqamətində qeyd-şərtsiz irəliləməsi ilə bağlı göstərişi tam yerinə yetirməmələrinə görə qıcıqlanıblar.
“Vaşinqton Gürcüstan hakimiyyətinə çatdırmaq istəyir ki, Ağ Evin Tbilisiyə münasibətdə gələcək xətti Gürcüstan hakimiyyətinin Amerikanın göstərişlərinə dəqiqliklə əməl etməsinə hazırlığı ilə müəyyən olunacaq”, - sənəddə vurğulanıb.


Şərhlər
Bunların heç birine etibar etmek olmaz: ne Rusiyaya ne ABŞ-a.Buş Tbilisiye geldi ve Saakaşvili ile reqs etdi hoppanıb düşdü dar ayaqda Saakaşvilini meydanda tek qoyub AB-nin möhkem geden dövlet başçılarının rehberleri ile aradan çıxdı heç onun telefonuna cavab vermediler İndi yazıq dönğb futbol topuna rusun agentleri nefes almağa da imkan vermirler .Özü de çoxunda o temiz ve demoktratik fikirli insandır
ruslar Ukrayna və Gürcüstan torbaları tikməyə hazırdır, təəsüf ki!