Menu

Ermənistan prezidenti Konstitusiya Məhkəməsinə müraciət edib

10.03.2021, 10:05
Ermənistan prezidenti Konstitusiya Məhkəməsinə müraciət edib

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın tutduğu vəzifədən azad olunması ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatına baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 10-dan Onik Qasparyanın tutduğu vəzifədən azad edilmiş sayıldığına dair bəyanat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol