Menu

Ebola təhlükəsi Azərbaycan sərhədinə yaxınlaşır - Video

16.10.2014, 15:33
Ebola təhlükəsi Azərbaycan sərhədinə yaxınlaşır - Video

Qardaş ölkədə ölümcül Ebola xəstəliyinə yoluxma halı qeydə alına bilər

Türkiyədə də 4500-ə yaxın adamın həyatına son qoyan Ebola virusuna yoluxma halı qeydə alına bilər.

ANS TV-nin məlumatına görə, İstanbulda Mərmərə Universiteti Pendik Tədris və Araşdırma Xəstəxanasına Ebola virusuna yoluxduğu ehtimal edilən xəstə gətirilib. Dünən axşam saatlarında xəstə gətirildikdən sonra xəstəxananın Təcili Tibbi Yardım Şöbəsi təxliyə edilərək bağlanıb.

Karantinə alınan Təcili Tibbi Yardım Şöbəsinə heç bir xəstə qəbul olunmur. Xəstəxana personalı qoruyucu maska taxıb. Ebola virusuna yoluxduğu ehtimal edilən xəstənin digər xəstəxanaya köçürüləcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol