Kürdəmir rayonunda bir sinifdə dərslər müvəqqəti olaraq dayandırılıb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, buna səbəb Kürdəmir rayonu, 1 saylı orta məktəbin 2b sinifində şagirlərdən birində koronavirus infeksiyasının aşkarlanmasıdır.
Bu barədə Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzi qərar qəbul edib.
Kürdəmir rayon Təhsil Şöbəsindən “Report”un yerli bürosuna faktı təsdiqləyiblər.


Şərhlər