Menu

"Akkuyu" AES-in 3-cü blokunun təməli qoyulub - Türkiyə və Rusiya liderləri start veriblər

10.03.2021, 21:39
"Akkuyu" AES-in 3-cü blokunun təməli qoyulub - Türkiyə və Rusiya liderləri start veriblər

Türkiyədə «Akkuyu» Atom Elektrik Stansiyasının (AES) üçüncü enerji blokunun «ilk betonu»nun tökülməsi üzrə təntənəli mərasim keçirilib. 

Məlum olduğu kimi, Rusiyanın «Rosatom» şirkəti bu stansiyanı Türkiyənin Mersin əyalətində tikir. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan videokonfrans rejimində tikinti işlərinə start veriblər.

«Öz məmnunluğumu bildirmək istərdim ki, Rusiya və Türkiyə mütəxəssislərinin - atomçuların, mühəndislərin, fəhlələrin - rəvan səyləri AES-in tikintisinin razılaşdırılmış qrafik üzrə həyata keçirməyə imkan verir. Bu zaman ən mürəkkəb konstruksiya-quraşdırma işləri, texnoloji tapşırıqlar uğurla həll edilir. «Akkuyu» layihəsinin ardıcıl olaraq reallaşdırılmasına hətta pandemiya ilə bağlı məlum çətinliklər də mane ola bilmir» - Rusiya prezidenti bildirib.

«Akkuyu» AES-n tikintisinin dəyəri 20 milyard dollar təşkil edir və onun tikitisinə 2018-ci ildə başlanıb. Stansiyanın sahibi 99,2 faizlə «Rosatom» şirkətidir. Obyekt «tik-sahibi ol-istismar et» prinsipi əsasında ucaldılır. 1200 MVt gücündə birinci enerji blokunun 2023-cü ildə işə buraxılacağı planlanır. Həmin tarixdə Türkiyədə respublikanın 100 illik yubileyi bayram ediləcək.

AzPolitika.info

Şərhlər

Eli 2021-03-10 22:22:24

Allah xeyirli uğurlu elesin İnşaallah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol