Menu

NATO gəmilər qrupu Odessa limanına gəlib

11.03.2021, 00:01
NATO gəmilər qrupu Odessa limanına gəlib

Martın 10-da səhər Odessa akvatoriyasına NATO-nun mina əleyhinə qrupunun (SNMCMG2) 4 gəmisi daxil olub.

«Dumskaya.net» Odessa portalının xəbər verdiyi kimi, dəniz qrupunun flaqmanı A577TCG təlim gəmisidir (Türkiyə bayrağı altında üzür). Qrupa birinci dərəcəli türkiyəli kapitan Yusuf Karagüllə komandanlıq edir.

«NATO-nun ikinci mina əleyhinə qrupu bu gün səhər Odessa limanına girdi» - xəbərdə deyilir.

Gəmilərin Ukrayna limanında lövbər salması yerli vaxtla saat 11:00-də başlandı. Flaqmandan başqa qrupun tərkibində Türkiyənin M267 TCG Ayvalik, İspaniyanın TSPS Tajo və Rumıniyanın ROS Le Lupu Dineseu gəmiləri var.

Nəşr xəbər verir ki, martın 10-da gəmi kapitanları Odessada Ukrayna hərbi-dəniz qüvvələrinin (HDQ) komanda heyəti ilə protokol görüşü keçiriblər. Bununla belə, alyans gəmilərinin limana səfərinin məqsədi açıqlanmır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol