Yeni Azərbaycan Partiyasında (YAP) yeni şöbə yaradılıb. "Report"un əldə etdiyi məlumata görə, partiyanın Qadınlar Şurasının əvəzinə Mərkəzi Aparatda Gender siyasəti şöbəsi yaradılıb.
Yeni şöbə Qadınlar Şurasının fəaliyyətini həyata keçirəcək.
Qeyd edək ki, YAP-ın Qadınlar Şurası sonuncu qurultayda ləğv edilib.
***
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.
"Report"un partiyadan əldə etdiyi məlumata görə, bununla bağlı partiyanın qurultayında qərar qəbul edilib: "Yeni qərarla isə ayrıca bir şöbə yaradılacaq. Həmin şöbənin adının nə olacağı isə hələlik məlum deyil".
Qeyd edək ki, YAP-ın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.
Qurultaydan sonra Ramiz Mehdiyevin kadrı hesab edilən Nurlana Əliyevanı Bahar Muradovanın əvəz etdiyi bildirilmişdi.
Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.
AzPolitika.info


Şərhlər
Biz həmişə mətbuatdakı yazılarımızda və sosial şəbəkələrdəki paylaşmalarımızda ölkədə aparılan islahatların məhz YAP-dan başladılmasını önə sürmüşük. Bu baxımdan biz bunun Ölkə Başçısı tərəfindən ən qısa zamanda reallaşacağını gözləyirdik. Bu nədəndir ki, Partiyanın sədri cənab İlham Əliyevin YAP-nın 7-ci qurultayının keçirilməsi qərarı və bu qərarın operativ həlli bir çox YAP məsublarına və xüsusən də parlamentdə olan deputatlara Osmanlı Tokatı ətgisi yaratdı. Bunu biz qurultaydan öncə, bu xəbərin mətbuata sızmasından dərhal sonra, doğan əndişələrdən də gördük. Dəyişiliklər müsbət. Lakin YAP-nın içərisindəki “önəmli” fiqurlardan sayılan Əli Əhmədovun müavin kimi saxlanılması bir çox insanlar kimi bizləri də qane etmədi. Yəqin ki , Ölkə Başçısı bunu da bəlli bir zamana kimi orada tutulmasını istəyəcəkdir ki, bu da Partiya sədrinin müstəsna səlahiyyətidir. Amma özlüyündə onsuz da onun əvvəlki səlahiyyətləri qalmadı. Olaki də Partiyanın keçmiş İcra Katibliyində. Elə bilirəm Aparata yeni təyin olunmuş aparat rəhbəri cənab Tahir Budaqov öncə Əli Əhmədovun adamı olan Mahir Abbasəliyev başda olmaqla, aparatdan onun qolunu budağını təmizləməli, aparatı Əli Əhmədov abı- havasında xilas etməlidir. İnşallah son qurultayda edilən dəyişikliklər öz bəhrəsini verər.