“Facebook”-un SEO-su Mark Zukerberq teleportasiya texnologiyasının həyatımıza girəcəyi tarixlə bağlı açıqlama verib.
O, bu barədə "İnformation" qəzetinə verdiyi müsahibəsində danışıb. “Sosial təcrübələri bu qədər cəlbedici edən sizi başqaları ilə birlikdə olduğunuzu hiss etdirmə qabiliyyətidir”- deyən Zukerberq, gələcəkdə informasiya platformasının virtual gerçəklik olacağına inandığını və buna sərmayə qoymağın məntiqli olduğunu söyləyib .
"2021-ci ildəyik, bitləri (məlumat saxlama sahəsindəki ən kiçik fayl vahidi) hərəkət etdirmək atomu hərəkətə gətirməkdən daha asandır. 10 ildən sonra görüşlərə teleportasiya ediləcəksiniz. Virtual gerçəkliyə keçid dünya üçün faydalı və sürətli olacaq ”- deyə, Zukerberq bildirib.


Şərhlər