Livanın xarici işlər naziri Şarbel Vahbi erməni əsilli Livan vətəndaşı Maral Nacaryanın ölkəsinə qaytarılmasına görə Azərbaycan, Rusiya, Ermənistan və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib. “Report” xəbər verir ki, məlumatı Livan Milli Agnetliyi yayıb.
Qeyd edək ki, Livanın Burc Hammud ərazisində anadan olan M.Nacaryan həm Ermənistan, həm də Livan vətəndaşıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib. Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan bu ilin martın 10-da azad edilib.
O, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Məlumata görə, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.
Qeyd edək ki, M. Nacaryan haqqında hər nə qədər əzabkeş obrazı yaratmağa çalışsa da, onun dinc sakin olduğunu iddia etsə də, əslində, qadının snayper olduğu barədə məlumatlar var. M. Nacaryanın snayper kimi Qarabağda döyüşlərə qatıldığı və Azərbaycan Ordusuna qarşı vuruşduğu bildirilir.


Şərhlər
Bir tesekkurden ötru,yuzlerle azerbaycanli qanina əli bulaşmiş bir ermeni fahisesini saq salamat evinə gönderdiler demək.Allah sizin çəzanizi versin ay bu ermenileri azad edenler.Sizi allaha tapsiriram.Lənət olsun.
Bunlar üçün elleşen mence uzun iller Rusiyada yalayzn familiyasını deyişmiş ermeni ve ermenierin yalını yeyenlerdir Bunlar humanist insan olsaydılar birinci Qarabağ müharibesinde exir düşmüş minllerle azerbaycanlı wız gelinin azad olunmasına heç olmasz cehd gösteredilerEksine bu alçaa şerefsizler ermenilerle birlikde bşze Xocalı soyqırımını hediiyye etdiler Allah cezalarını vere İnşaallah.