Menu

Rusiya MN: Kəlbəcərə 130 ton humanitar yük çatdırılıb

11.03.2021, 17:48
Rusiya MN: Kəlbəcərə 130 ton humanitar yük çatdırılıb

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rusiya Humanitar Reaksiya Mərkəzinin altıncı karvanı 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Kəlbəcər rayonuna çatdırıb.

“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub.

Şərhlər

Xalq 2021-03-11 18:36:00

biz anlayırıq rusların "humanitar" yardım adı altında nə göndərir və rusların məqsədləri nədir. Çox təəsüf ki, ruslar öz velikorus şovinizmlərindən əl çəkmək niyyətləri yoxdur!

Zanzibar 2021-03-11 18:18:47

Ermenilere catdirilib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol