Menu

Misirdə fabrik yandı: 20 nəfər öldü

11.03.2021, 22:32
Misirdə fabrik yandı: 20 nəfər öldü

Misirin şimalındakı Kalyubiyyə şəhərində fabrikdə yanğın baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, 24-ü yaralanıb.

Bildirilib ki, yanğın dördmərtəbəli fabrik binasında qeydə alınıb. Hadisə yerinə 10 təcili tibbi yardım, 15 yanğınsöndürmə maşını cəlb edilib. Yanğının səbəbi hələlik bilinmir. Nəzarət altına alınan yanğında soyutma işləri davam edir. Ətrafdakı binaların təhlükəsizliyi üçün texniki komitə yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol