Menu

“F-35” əvəzinə “Su-35”... - Ankara götür-qoy edir

12.03.2021, 00:11
“F-35” əvəzinə “Su-35”... - Ankara götür-qoy edir

Türkiyə “Su-35” və “Su-57” çoxməqsədli Rusiya qırıcıları almaq imkanlarını istisna etmir. Amma Ankara üçün özünün 5-ci nəsil döyüş təyyarələrinin yaradılması prioritet təşkl edir. 

Bu barədə martın 11-də Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Barnak “RİA Novosti” agentliyinə bəyan edib.

“Əgər Rusiyanın bizim cari tələbatımıza cavab verən təyyarəsi varsa, müdafiə sisteminə onun tətbiqi problem yaratmırsa, o zaman, əlbəttə ki, biz, Rusiyadan və ya Avropanın digər ölkəsindən onu ala bilərik. Bu mənada bizim hansısa qəti antoqonist mövqeyimiz yoxdur” - deyə, mənbə bildirib.

Türkiyəli nazirin sözlərinə görə, bu məsələ iki ölkə liderlərinin görüşündə tez-tez qaldırılır.

“Əlbəttə, bizdə prioritet olaraq hər şeydən əvvəl 5-ci nəsil qırıcıların yaradılması məsələsində öz imkanlarımızı inkişaf etdirmək nəzərdə tutulur. Ancaq əgər Rusiyada bizim ehtiyac və tapşırıqlarımıza cavab verən təyyarə olacaqsa, Türkiyə onu əldə edəcək” – deyə, Mustafa Barnak fikrini tamamlayıb.

Xatırladaq ki, ABŞ Türkiyəni "F35" proqramından kənarda qoyub. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol