Menu

"Qalatasaray" daha 3 legioneri ilə vidalaşır

12.03.2021, 20:39
"Qalatasaray" daha 3 legioneri ilə vidalaşır

Türkiyənin "Qalatasaray" klubunun cari mövsümün sonunda vidalaşacağı futbolçular müəyyənləşib.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi yayda 3 oyunçusu ilə yollarını ayıracaq.

Bunlar uruqvaylı müdafiəçi Marselo Saraççi, nigeriyalı yarımmüdafiəçi Oqenekaro Etebo və onun həmyerlisi Valentin Ozornvafordur.

Qeyd edək ki, "Qalatasaray" 2 gün öncə legioneri Yunes Belhandanın müqaviləsini birtərəfli qaydada ləğv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol