Menu

Bu gündən martın 15-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

13.03.2021, 00:31
Bu gündən martın 15-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən martın 15-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Musavat.com-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Bununla əlaqədar 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol