KARANTİN REJİMİ SƏRTLƏŞDİRİLİR? - Rəsmi AÇIQLAMA

Son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə bayram ərəfəsində TƏBİB-in karantin rejimini sərtləşdirəcəyi ilə bağlı şayiələr yayılıb.

Bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” ( TƏBİB ) açıqlama yayıb.

Bildirilib ki, karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulu birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ deyil. Başqa sözlə, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir.

Nazirlər Kabineti yanında operativ qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinəylə bağlı tövsiyələr verir.

“Bütün bunlarla bərabər, vurğulayaq ki, dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydaları insanların sağlamlığının qorunması üçün tətbiq olunur. Hətta bir çox ölkələrdə vaksinasiyanın başlamasına baxmayaraq, hələ də pandemiya ilə mübarizədə karantin qaydalarının tətbiqi zəruri hesab edilir.

TƏBİB pandemiya ilə mübarizədə operativ qərargahın qərarlarını icra edir və buna uyğun fəaliyyətini təşkil edir”, - deyə məlumatda deyilir.

635x100

Şərhlər

Moshu 2021-03-14 09:55:01

Fikrimi faktoloji məlumatlarla davam etmək və bəzi məsələləri oxucularımızla bölüşmək istərdim. “Azərbaycan” qəzetinin müxtəlif tarixlərində Nazirlər Kabineti yanında operativ qərargahın təqdim etdiyi rəqəmləri bir daha xatırladıram. Fakt qarşısında hamı azicdir. 27 fevral tarixdə 278 nəfər xəstəliyə tutulur, 5 nəfər isə dünyasını dəyişir. Sonra isə nisbət belə dəyişir: 3 mart – 319/5, 4 mart -314/2, 5 mart 365/3, 6 mart 353/3, 9 mart 297/3, 10 mart 515/7, 13 mart 733/8. Maraqlıdır deyilmi? İşi o həddə çatdırırlar ki, artıq əhali operativ qərargahın düz sözünə də şübhə ilə yanaşacaqlar. Kiməsə hansısa məsləhəti fikrindən uzağam. Ölkə başçısı bu xidmətin də fəaliyyətinə nəzər salsa pis olmazdı, çünki TƏBİB öz üzərindən məsuliyyəti atıb qeyd edir ki, sərtləşdirmə qərarını TƏBİB deyil operativ qərargah verir. Bildiyim qədər operativ qərargah TƏBİB-in rəqəmləri əsasında verir bu qərarları. Görünən odur ki, istisnasız, hamı bu böyük insanı aldatmaqla və son nəticədə pripiska ilə məşğuldurlar. Hörmətli Admin, Siz isə bu məsələlərdə əhali ilə ölkə başçısı arasında körpü rilunu oynamalısınız . Bu həssas məsələdə hamımız bir, vahid platformadan çıxış etməliyik

.EJDER NAQILBAZ 2021-03-13 13:15:36

YALAN DANIWANA LEHNET

t.ədalət 2021-03-13 11:43:10

Qəribədir,zorla əhalini inandırmağa çalışırlar ki,karantin,guya insanların sağlamlığı üçün tətbiq olunur.Onda sual olunur niyə apteklərdə gün-gündən bahalaşan dərmanları və əhalinin aclıq səviyyəsində yaşamasını nəzərə alınmır?.....

Vətəndaş 2021-03-13 10:28:58

Bizim bayramlarımızın hamısını bu məmurlar qara bayrama döndəriblər və daha da quduzdaşıb virusdan və başqa bəhanələrdən istifadə edib bütün milləti türməyədə otuzdurmaq istəyirlər ki birdən kimsə iş stəyər,neft milyardlarından çörək pulu istəyər. ...

Son yazılar