Menu

Koronavirus xəstəsi olan iki qadın ictimai yerlərdə saxlanılıb

13.03.2021, 12:05
Koronavirus xəstəsi olan iki qadın ictimai yerlərdə saxlanılıb

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinidən  verilən məlumata görə, Bakı şəhər sakinləri, 38 yaşlı N.Rzayevə və 36 yaşlı T.Bayramovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

N.Rzayev barəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139.1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirləri davam etdirir.

Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.

Şərhlər

Hekim 2021-03-13 20:36:57

Istenilen ictimai yerde koronoviruslu xeste var. Bunun qarshisini almaq mumkun deyil. Chunki, bir choxlarinin hech koronovirus dashiyicisi olmasindan xeberi yoxdur. Hem de evde qapanma olmasin deye, bir chox insan(esasda, ishlemeyenler) xesteliyin butun elametleri oldugu halda, yoxlanishdan kechmirler ki, portala dushmesinler. Evde sxematik mualice alirlar. Ona gorede butun vetendashlar qiqiyenik ve profilaktik tedbirlere ciddi riayet etmelidirler. Her kes ozu ozunu qorumalidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol