Menu

Gürcüstanda daha 268 nəfər koronvirusa yoluxub - 5 pasiyent ölüb

14.03.2021, 11:23
Gürcüstanda daha 268 nəfər koronvirusa yoluxub - 5 pasiyent ölüb

Gürcüstanda son sutkada koronavirusa 268 yeni yoluxma halı qeydə alınıb, 233 nəfər sağalaraq evə buraxılıb, 5 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 274 989 nəfər yoluxub. Onların 268 237-si sağalıb, 3 648-i ölüb.

Son 24 saat ərzində aparılan test yoxlamalarının sayı 26 399 təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol