ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin Xarici İşlər naziri Ann Linde Azərbaycana səfər edəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə martın 14-də ATƏT-in internet səhifəsində xəbər verilib.
Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici İşlər naziri Ann Linde, yüksək səviyyəli rəsmilərlə görüşlər üçün 15 mart tarixində Azərbaycana gələcək.
Linde, Azərbaycan Prezidenti İlham Əliyev, Xarici İşlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədov ilə görüşəcək, Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in münaqişənin həlli prosesindəki davamlı rolu barədə danışıqlar aparacaq.
Müzakirələrə ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın necə gücləndiriləcəyi də daxildir. Fəaliyyətdə olan sədr Linde, vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.
“AzPolitika.info”


Şərhlər