ATA ABDULLAYEVLƏ BAĞLI QƏRAR VERİLDİ - Məhkəmə prosesində diz çöküb yalvarıb və...

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan videobloqer Ata Abdullayev barəsində həbs qərarı verilib.

Qafqazinfo xəbər verir ki, DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib.

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmə prosesində çıxış üçün söz verilərkən bloqer Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir.

İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

635x100

Şərhlər

musa 2021-03-16 20:39:52

Ayə bu debil sifətli oğlan .....ədə kül sənin başıva.

Vətəndaş 2021-03-14 22:56:36

Onun yeri zindandır !

Ali 2021-03-14 22:30:41

Buynuzu çatan yeri qaşimalı idi.

.EJDER NAQILBAZ 2021-03-14 21:24:34

AYE,ATA SEN KIMIN ADAMISAN ,HIYYY,HEMIWE DOWUNE DOYURDUN

Əfqan 2021-03-14 21:07:09

Bunu belə şişirtməyin mənası varmı?İnsanları aldadıb,pulunu mənimsəyib,indi də yalvarır.İnsanda şəxsiyyət yaxşı şeydir.Onun şərəfsizliyi isə hamıya bəllidir.

Əfqan 2021-03-14 21:03:29

Bunu belə şişirtməyin mənası varmı?İnsanları aldadıb,pulunu mənimsəyib,indi də yalvarır.İnsanda şəxsiyyət yaxşı şeydir.Onun şərəfsizliyi isə hamıya bəllidir.

Mehdi 2021-03-14 18:19:09

Nə qeder bu ata sifetinde adam varsa,axiri bu serefsiz kimi olmalidir.

Vətəndaş 2021-03-14 16:19:04

Onu buraxacaqlar. Bizim məmləkdə belə nadanlara sukalara isti yer verilir. Qabiliyyətli savadlı cəsarətli oğullarımız isə işsiz pulsuz qalır... Çox ədalətsiz bir cəmiyyət formalaşıb bizdə. Allah axırını xeyir eləsin. Hara gedirik bununla?

miri 2021-03-14 15:34:06

Ac it qonşuya cumar.

mordok 2021-03-14 14:51:46

Su qabı suda sınar...

Son yazılar