Menu

Azərbaycandakı siyasi partiya sədrləri işğaldan azad edilmiş ərazilərə səfər edəcək

15.03.2021, 14:15
Azərbaycandakı siyasi partiya sədrləri işğaldan azad edilmiş ərazilərə səfər edəcək

Azərbaycandakı siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil ediləcək.

Bu barədə “Report”a Ağ Partiya sədri Tural Abbaslı məlumat verib.

O bildirib ki, səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir:

“Səfərin ayın 17-də təşkil edilməsi gözlənilir. Marşrut xətti ilə bağlı isə bizə hələ məlumat verilməyib”.

Şərhlər

t.ədalət 2021-03-15 23:36:33

Partiya sədrləri torpaqların müdafiəsi zamanı o yerlərə getməli idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol