Menu

ATU-da koronavirusa kütləvi yoluxma

15.03.2021, 15:27
ATU-da koronavirusa kütləvi yoluxma

Azərbaycan Tibb Universitetində (ATU) yenidən koronavirusa yoluxma aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, universitetin Müalicə işi fakültəsinin bir neçə qrupunda müəllim və tələbələr arasında koronovariusa yoluxma halları aşkarlanıb. Bu səbəbdən bir neçə qrup distant təhsilə keçirilib.

Məlumatı ATU-nun mətbuat xidmətindən təsdiq ediblər. Bildirilib ki, mövcud vəziyyətlə distant təhsilə bağlanan qrupların ümumi sayı hələlik məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol