Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli barədə məhkəməyə müraciət edib. Bu barədə “Report”a C.Məmmədli özü məlumat verib.
O bildirib ki, Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtanatma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib.
İş hakim Anar Sadıqovun icraatına verilib.
Şikayətə səbəb icra başçısının barəsində yazılan məqalələr olub.
Qeyd edək ki, bu əmələ görə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


Şərhlər
Icra bashcisi qan uddurur millete!!! Onu kim verecek mehkemeye ?
aye buda ictimai qinaq,o,saat werleyif,verirler sifariwli mehkemelere
" Həm suçlu, həm güclü" ( həm də həyasız) beləsinə deyirlər. Bu jurnalistin yazdıqlarını hamı bilir, amma Ziyəddin bilsə də qəbul etmir.Çunki Ziyəddin Qubanı ona sərancamla da olsa verilmiş dərəsinin tarlası hesab edir
yazıq keçib hannibalın cənginə.
Elə düşünürsünüz ki,məhkəmə ədalətli və qanuni olacaq?Bu icra başçısı barədə illərdir şikayətlər davam edir.Bu şikayələrə niyə əhməyyət verilmir?Axı biz qanuni dövlətdə yaşayırıq.iİndi baxın.nəticə qanuni dövlət olduğunu sübut edəcək,yoxsa talançı,korrupsioner icra başçısının sifari.ini yerinə yetirəcək? Axı od olmayan yerdə tüstü çıxnaz.
Hiss olunur ki,İHB-sı jurnalisti ləkələməklə gələcəkdə qamarlamaq istədiyi böyük pulların yolunu açmaq istəyir.axışları çox hiyləgər görünür.