Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
***
General-leytenant Rövşən Əkbərov həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.
***
"Qafqazinfo"nun məlumatına görə, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb.
Dövri mətbuatda vaxtilə yayılan məlumatlara görə, cinayət hadisəsi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib.
Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə ilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.
Fotoda qətlə yetirilən iş adamı Elçin Əliyev


Şərhlər
Bəs b məsələ niyə indiyə kimi açılmayı......Baş prokurorluq öncə bu məsələni araşdırrmalı,cinayəti gizlədənləri ifşa etməlidir.....
Baş Prokurorluq yalnız verilən tapşırıqları icra edir. Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov həbs edildi, çünki tapşırıq belə idi. Onun bacısı oğlu, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı departamentinin sədri Rəfayil Mehrəliyev tərəfindən, Buzovna qəsəbəsi R.Axundov küçəsi 2-də yerləşən 3 saylı yataqxananın həyətinin böyük hissəsinin satılması, verdiyi qanunsuz sərəncamlar əsasında bu yataqxananın SOCAR və Bakı şəhər İcra Hakimiyyəti ilə heç bir əlaqəsi olmayan şəxslərlə məskunlaşdırması, fəhlə yataqxanasını qanunsuz olaraq ailəvi yataqxanaya çevirməsi, yataqxanada qanunsuz məskunlaşdırdığı Kazım Fərəcov adlı şəxsin adına "GOLD CARLON" MMC (VÖEN 1202200261) adlı müəssisə açdırması və bu müəssisə vasitəsi ilə 12.02.2019-cu ildən 16.07.2019-cu il tarixə kimi 400 175 manat nağdlaşdırması və s. kimi əməllərindən Baş Prokurorluğa çoxsaylı müraciətlər olunub. Prokurorluq bu Rəfayıla qarşı heç bir tədbir görmür. Çünki belə bir tapşırıq yoxdur.
Rövşeni o zaman tuta bilmezdiler.Teze almişdi milli qehreman adini...
Azərpoçtun poçt daşınma mərkəzin rəisi Əlizamin müəllimin,arxası bu Rövşən Ələkbərov idi,bir yerdə çəkdirdiyi şəkillər fb-da reklam olunurdu,yazırdı mənim geniralım bəs görəsən indi nə yazar hörmətli Əlizamin müəllim.
Bir qatilin 19 il müdafiə və mühafizə olunmasının ciddi səbəbləri olmalıdır. Bu cinayət işi tam çılpaqlığı ilə açılmalıdır və ixtiyari halda cəmiyyətə tam informasiya verilməlidir. Çünki söhbət adi narkomandan yox müharibə vəziyyətində olan dövlətin ordusunun GENERALINDAN gedir!.
Rovsen ekberov vetene xeyanete gore tutulub necmeddinin en yaxin adamidir.bir sozle satqindi
Bes necmiddin ?
aye,saq eli,,rewadet,,ordenli qeneral -polkovnik necmeddin sadixovun bawina.biz bu cur analoqu olmayan generallarla hazirlawmiwig,davaya gulmelidi
Heç bir cinayət üstüörtülü qalmır.Sadəcə,kiminsə vəzifəsi onu müəyyən müddət qoruyur.