Günah özünüzdədir, Vartan dığa!

Mirzə AĞ

Beynəlxalq birlik Azərbaycanın Dağlıq Qarabağın «dinc sakinlərinə qarşı» ötən payızda həyata keçirdiyi hərbi əməliyyatlara susmaqla cavab verib. Bu barədə martın 15-də Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Moskvada baş tutmuş «genosid və Birinci Dünya Müharibəsi. Beynəlxalq müqavilələr. Tarixi paralellər» adlı konfransda həyasızcasına bəyan edib.

Tədbir Rusiyanın Erməni İttifaqı tərəfindən Moskva müqaviləsinin (Rusiya və Kamalçı Türkiyə arasında imzalanıb) 100 illiyi münasibətilə təşkil olunub.

«44 günlük müharibə (Qarabağ münaqişəsi zonasında) zamanı biz, ən yaxşı halda neytrallığı, pis halda isə elementar səhlənkarlığı müşahidə etdik. O zaman şəhərləri və kəndləri məhv etdilər və bu işdə qadağan olunmuş sursatdan istifadə etdilər. Dünya birliyi buna cavab olaraq, susqunluq nümayiş etdirdi» - erməni diplomat milli xislətinə uyğun olaraq, yalan-palandan uydurduğu həyasız sayıqlamanı «ifraz edib».

Çıxışı zamanı Vardan (Vartan!) Toqanyan qabaqcıl dünya ictimaiyyətinin Qarabağdakı reaksiyasını qərb ictimaiyyətinin Aleksey Navalnı olayları ilə müqayisə edib və deyib ki, Amerka Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) Navalnıya görə Rusiyaya qarşı yeni saksiya tətbiq edib.

«Biz, görürük ki, ayrıca götürülmüş adamın maraqlarına görə necə sanksiyalar tətbiq edirlər. Ancaq bütöv xalqı beynəlxalq terrorçu qrupların iştirakı ilə məhv edəndə dünya birliyi susur və yalnız solğun bəyanatlar verməkdən başqa heç nə etmir» - deyə, Vardan həyasızlığını davam etdirib.

Yüz il bundan əvvəlki hadisələrdən söhbət açarkən, erməni səfir əmin olduğunu bildirib ki, Ermənistan bu gün bölgədə öz siyasətini qurmalıdır və bu zaman keçmişin dərslərini hesaba almalıdır. Ermənistan qarşısında duran təhlükə və çağırışlar praktiki olaraq, dəyişməyib, belə ki, Türkiyə 100 il əvvəl ermənilərin genosidini həyata keçirib, bu gün də özünün strateji maraqlarından imtina etməyib.

«Bu gün bizim üçün çox vacibdir ki, səbəb-nəticə əlaqələrini analiz edək və anlayaq ki, nə üçün bütöv xalqın yox edilməsi mümkün olur? Və erməni genosidi, Moskva və Qars müqavilələri Birinci Dünya Müharibəsi dövründə, ondan sonra iki dünya gücünün maraqlarının toqquşmasının nəticəsi olub» - Vardan görünməmiş həyasızlıq nümayiş etdirərək, buynuzlu yalanlar püskürüb.

Yeri gəldi-gəlmədi, «göz yaşı axıdıb, şivən qoparmağa» adət etmiş erməni genosiddən dəm vursa da, heç vaxt «bəs, nə üçün erməniləri genosid ediblər?» sualına cavab axtarmağı özünə rəva bilməyib. Nədən ki, sualın cavabı erməni yalanını avtomatik olaraq, faş edir! Bəs, gerçəkdə, 100 il əvvəl ermənilərin başına nə gəlib? Bunu bütün dünya tarixçiləri gözəl bilirlər ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövlətinin vətəndaşları olan ermənilər öz vətənlərinə asi olaraq, düşmən tərəfinə (Rusiyanın tərəfinə) keçib, öz həmvətənlərinə silah qaldırıblar. Bu zaman məntiqi sual yaranır: vətəninə asi olan toplumla Osmanlı (türk hakimiyyəti) necə rəftar etməli idi - satqınların başını sığallamalı idimi?!

O zaman Osmanlı hökuməti ermənilərlə görünməmiş tərzdə mülayim rəftar edərək, onları yalnız hərbi əməliyyatların getdiyi (ermənilərin xəyanət zonası) bölgədən köçürüb - bunca yumşaq rəftara görə, gərək erməni xalqı Osmanlıya hər zaman minnətdar olaydı ki, erməni xəyanətinə adekvat cavab tədbirləri görməyib. Bir başqa məsələdir ki, köçürülən satqın ermənilərin bir qismi yol boyu aclıqdan, xəstəlikdən «murdar olub» - bu, Allahın göylərdən xəyanətə göndərdiyi cavabdır ki, onu erməni özü görünməmiş iyrəncliklə «qazanıb».

İyirminci əsrin sonunda Azərbayanda yaşayan, Azərbayan torpaqları hesabına özlərinə dövlət qurmuş, hər zaman Azərbayanın çörəyi ilə murdar qarnını doyduran ermənilər Azərbayan xalqına qarşı görünməmiş nankorluq nümayiş etdirdilər - «miatsum» bağırıb da əliyalın insanlarımıza silah qaldırdılar - bir növ, əsrin əvvəlindəki erməni xisləti bu dəfə Azərbayanın Qarabağ bölgəsində «xortladı». Düz otuz il əvvəl çörəyimizi yeyib quduzlaşmış ermənilər rus hərbçilərin iştirakı ilə əliyalın sakinlərimizi öldürməyə, kəndlərimizi, şəhərlərimizi dağıtmağa girişdilər - Xocalı, Qaradağlı… faciələri dünyanın gözü qaşısında baş verdi. Azərbayan düz otuz il erməni ilə «sülh dilində» danışdı, fəqət, bu xainlər Allah yoluna gəlmədilər. Bəs, Azərbaycan nə etməli idi?! Bəli, səbri tükənmiş Azərbaycan öz torpaqlarını döyüşlə azad etmək zorunda qaldı və AZAD ETDİ! İndi murdar erməni görünməmiş həyasızlıqla «zingildəyir» ki, Azərbayan bizi genosid edir, Türkiyə də bu işdə Azərbaycana dəstək verir. Belə əxlaq yalnız erməniyə xasdır - Qafqazın başqa heç bir köklü xalqı bu cür həyasızlığa baş vurmağı özünə rəva bilməz! Heç təsadüfi deyil ki, rusların böyük şairi Aleksandr Puşkin məhz ermənilər üçün yazıb: «Sən köləsən, sən qorxaqsan, sən ermənisən!».

Türklərin bir atalar məsəli var - günah həmişə öləndə olar! Ey Vardan dığa, günah özünüzdədir - bax, bunu analiz etsəniz, pis olmazdı. Bir fikirləşin, nə qədər üzütüpürcəkli yaşamaq olar?! Dünyaya diqqətlə baxın - dünyanın sizə borcu yoxdur əsla, abır-ismətiniz olsun! Yox, əgər həyadan uzaq duracaqsınızsa, yaxşısı budur ki, kişilərin vətəni olan gözəl Qafqazdan da uzaq olasınız. Ermənisiz Qafqaz daha gözəl olacaq - İnşallah!

635x100

Şərhlər

Xalq 2021-03-16 11:18:44

əgər erməni ağlını başına yığmasa ermənisiz Qafqaz çox gözəl olacaq!

Son yazılar