İngiltərədəki son araşdırmalara görə əvvəlki illərə nisbətən daha çox əkiz uşaqlar dünyaya gəlir.
Oxford Universiteti tərəfindən aparılan araşdırmada, 1980-ci illərdən bəri 100 ölkədən alınan məlumatlar araşdırılıb. Araşdırmanın nəticəsinə görə, hər il təxminən 1,6 milyon əkiz doğulur. Yəni, hər 42 doğuşdan biri əkiz olaraq dünyaya gəlir.
Son 40 ildə əkiz doğuşların təxminən 30 faiz artmasınını əsas səbəbi kimi qadınların hamilə qalmaq üçün bəzi tibbi üsulların köməyindən istifadə etməsi göstərilir.
“AzPolitika”


Şərhlər
Əkiz uşaqların sayının artması sünii yolla hamiləlikdir.