Menu

NRYTN-in Daxili nəzarət və audit şöbəsinə müdir təyin olunub - FOTO

16.03.2021, 12:10
NRYTN-in Daxili nəzarət və audit şöbəsinə müdir təyin olunub - FOTO

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Daxili nəzarət və audit şöbəsinə Ramil Məhərrəmov müdir təyin edilib.

Bu barədə “APA-Economics”ə nazirlikdən bildirilib.

R. Məhərrəmov 1999-cu ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsini bitirib. O, 2004-2006-cı illərdə Massaçusets Universitetində (Amherst) İqtisadi siyasət və idarəetmə üzrə magistr təhsili alıb. 2015-2016-cı illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Massaçusets Texnologiya İnstitutun Sloan İdarəetmə Məktəbində təhsilini davam etdirərək Biznes idarəetməsi üzrə magistr dərəcəsinə yiyələnib.

2000-2006-cı illərdə “BP Azərbaycan”, “Mercy Corp” şirkəti, Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatlarda məsləhətçi vəzifələrində işləyib. 2005-ci ildə Dünya Bankında təcrübə keçib.

2006-2009-cu illərdə Beynəlxalq Valyuta Fondunda baş iqtisadçı, Xəzər Beynəlxalq İnvestisiya şirkətində məsləhətçi kimi çalışıb.

2009-2013-cü illərdə İslam İnkişaf Bankının Avropa və Orta Asiya departamentində Baş Ölkə Meneceri kimi fəaliyyət göstərib.

R. Məhərrəmov 2013-2015-ci illərdə Mərkəzi Bankın Strateji departamentinin direktoru vəzifəsində çalışıb.

2016-2017-ci illərdə Kraudfandinq Platforması olan Crowdpouch və Dubay Beynəlxalq Maliyyə Mərkəzində yerləşən P2P maliyyələşdirmə platforması olan Maliyya kimi startaplarda həmtəsisçi olub.

Ramil Məhərrəmov 2017-2020-ci illərdə SOCAR AQS-də Baş Maliyyə Direktoru vəzifəsində işləyib.

Azərbaycan, türk, ingilis və rus dillərini bilir.

Şərhlər

Rabitəçi. 2021-03-16 17:45:25

Qardaş neyləyirlər eləsinlər,əsa məsələ odur,nazirin müavini Əli qağaya dəyməsinlər.Onun kimi antikvar müavin ələ düşən deyil.

mürdəşir 2021-03-16 14:53:24

Yuxarıda yazdığıma inanmırsansa, İsmayıllı poçtundan soruş. Onlar təkzib edəcək.... Bəs sənin işçilərin kimin hesabına....... 10 gün...... yaşayıb...

vətəndaş 2021-03-16 14:51:21

Bu qədər sayınca deyin, pul saya bilitmi? Digəd sahə üzrə demirəm, əmək haqqı üzrə deyirəm. Poçt işçisi 300 manat ə/h alır. Yaxşı deyilmi? İndi get poçtları yoxla... 10 gün yoxlama müddəti qoy. 10 gündə 300 manat ə/h alan poçt müdiri sənin yeməyini verəcək , amma özü və ailəsi .....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol