YOLUXANLARIN SAYI 1000-ə ÇATIR - Bu günə olan statistika

Azərbaycanda bu gün koronavirus infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 12 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 241 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 370nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6983 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 453, bu günə qədər isə ümumilikdə 2 726 470 test icra olunub.

635x100

Şərhlər

t.ədalət 2021-03-16 15:35:06

Əhalinin sərbəstliyindən nəyə görəsə hakimiyyət ehtiyatlanır.Ona görə də həmişə zənciri bərk saxlamağa çalışır.Burda əhalinin sağlamlığından söhbət belə gedə bilməz.Narazılığını bildirən şəhid ailəsini belə cəzalandırmaqdan çəkinmnəyən hökumnəıt yetkililəri kiminsə xəstə olub-olmamasına görə heç bir narahatlıq keçirmir.

BAHRAM 2021-03-16 14:23:40

... basirlar Ramin pul qazanir her testden orta hesabla 40-80 manat qazanır budce acilan kimi basdadi pul silmeye test 10500*60= 630000 manat

Son yazılar