“İllərdir 10 minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, ölkədə ailə institutuna ağır zərbələr vuran, insanların evlərini, mülklərini əllərindən alan müasir, başabəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də bu missiyanı davam etdirir. 100 faizli deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib. 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini gecikdirdiyinə görə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakı məhkəmələrin hökmü ilə müsadirə olunur. Bu cür yanaşma, yüksək faiz hansı ölkədə var?"
“Report” un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub: “Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən 1720000 m2 mənzil və yaxud 12300 yaşayış evi, bir necə məktəb, xəstəxana, uşaq baxçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar. Bu cür anormal Bank sistemində ciddi islahatlara böyük ehtiyac var.
Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank - pul – krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş - bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq. Eyni zamanda “Bank haqqında” qanun yenidən işlənilməli, Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, ştat cədvəlinin və illik smetasındakı müstəqilliyə son qoymalı və bu səlahiyyətlər Milli Məclisə verilməlidir. Dünyanın milyardlarla vəsaiti olan böyük banklarının Azərbaycana gətirilməsi önəmli olardı. Bu praktikanı ölkələrində tətbiq edən Cənubi Koreya, Sinqapur, Yaponiya və Çinin reallığı göz önündədir”.

Şərhlər
Fəzailə deyiblər blə çıxış et,o da edib.Onun nə vaxt özbaşından real çıxşını görən olun?
SU MELİORASİYANIN SƏDRİ DƏ BU ELMAN RÜSTƏMOVLA BİRGƏ BÜDCƏNİ TALAN EDİB.QUDALAR İTTİFAQI.
Bizdə bir Bank sistemidir? Son yanacaq qiyməətlərinin qaldırılması hansı əsasa söykənib?Əhaliyə verilən əslndə neftdən alınmayan.qazolin A-92 heç bir standarta uyğun deyil və Avropada belə standart yoxdur.Dizel yanacağının ke+yfiyyətindən isə danışmağa dəyməz.Belə olan halda yalançı əsaslarla qiymət arımı monopolistlərin kələyi deyilmi?Nə üçün bu məsələ özbaşına buraxılıb? Bundan sonra əhalinin tələbat mallarının qiyməti xeyli artırıldı.ıÖlkədə lazımından artıq nəzarət qurumları var.Bəs onların səsi niyə çıxmır?ü...
Mərkəzi bankın rəhbərinin xaricdə açılan cinayət işi niyə örtülü qaldı( yeni manat çapında)? Rüstəmovun Hakimiyyət tərəindən əsassız və haqsız müdafiəsi bu sistemi bu hala salıb.Bu əməliyyatlardan Rüstəmovun nə qədər rüşvət.və qanunsuz vəsait mənimsədiyi göz önündə olduğu halda o niyə uzun illərdir Mərkəzi bamnkı monopoliyaya çevirib?Onun mülkəmlar və digər mal varlıqları,qohum-qudalarının vəzfələrə yerləşdirilməsini guya bu hakimiyyət.onun qanadları görmür? Ancaq belə davam edir.Kadr tapılmır? Tapılmısa bunun günühı kimdədir?bl
Fezail muellim doqrusu Sizden xosum gelmirdi.Amma bu yazinizdan sonra fikrim deyisdi.Ehali ucun en boyuk probleme toxundunuz.Saq olun.
Örn şexsen Cebrayıllı olsaydım bu pulları onun ve doğma Qarabağın diger yaşayış meskenlerinin dirçeldilmesine yönelderdim.Bunu bu hereketi onun ne qeder Dövlet adsmı ve ne qeder Vetenperver olmasının göstericisidir .Onlarla insan Qarsbağa getmek üçün özünü ölümün qucağına atıt bu “Efqan Mollası” kef axtarır ofis tikdirir ve yüz millionlar xercleyir
gör ey, milli bankın sədri bankın yeni binasının tikinti xərclərini nə qədər şişirdib? Sanki bu bina deyil,kosmik raketdir, mənim buna day sözüm yoxdur. Bəs insaf necə, varmı bunda? ilin günün bu vaxtında belə eləmək olarmı?
Nəzarətsiz qalanda axırı belə olar