Menu

“Kəlbəcərlilər “İstisu”da zavod tikilməsini xahiş edir” - Deputat

16.03.2021, 16:40
“Kəlbəcərlilər “İstisu”da zavod tikilməsini xahiş edir” - Deputat

“Seçicilərimiz doğma Kəlbəcərimizdə bərpa işlərində iştirak etmək istəyirlər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.

Deputat bildirib ki, Kəlbəcər rayonunda da geniş bərpa işlərinə başlanılıb: “Kəlbəcər rayonunda aparılan tikinti abadlıq işlərində iştirak edəcək dövlət qurumlarından, özəl şirkətlərdən o bölgənin insanlarına üstünlük vermələrini xahiş edirəm. Kəlbəcər təbii sərvətlərlə zəngin olan bölgədir. “İstisu” dünyada mövcud olan ən qiymətli mineral sulardan biridir. 2 hissədən, 12 bulaqdan ibarətdir. Azərbaycanda mövcud olan mineral suların qiyməti ilə müqayisə aparsaq, nə qədər itkiyə yol verildiyini görürük. Seçicilərimiz xahiş edir ki, dövlət büdcəsi hesabına orada sudoldurma zavodu tikilsin. Bu, yeni iş yerinin yaranmasına da imkan yaradacaq”.

Şərhlər

Natiq. 2021-03-16 22:44:55

Yəni sizin tikdirməyinizi??????.

Mehdiyə 2021-03-16 22:43:56

Kəlbecərliləri də başına toplayıb bir yox, bir neçə özəl (yun, dəri və d.) zavodlar tiksinlər!

Səbuhi 2021-03-16 20:58:47

ALLAH XEYIR VERSİN AMİN İNŞAALLAH.

Mehdi 2021-03-16 19:09:45

Bu deftat özunu nətəri də dala dartib oturub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol