Menu

"Siz də bu xalqın, torpağın oğlusunuz" - Şeyx çağırış edib

16.03.2021, 17:59
"Siz də bu xalqın, torpağın oğlusunuz" - Şeyx çağırış edib

“Bəzi insanlar içimizdə olan mənəvi boşluqdan istifadə edərək zəfərə müəyyən ləkələr sürməyə çalışırlar. Xalqımız birləşərək Qarabağ müharibəsini qələbə ilə başa vurdu və gələcəyinin bərpası, eləcə də Azərbaycanın bütövlüyü və birliyi nəinki xaricdə, həmçinin ölkə daxilində davam etməlidir”.

“Report” xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində deyib.

“Gizli deyil ki, bəzi qüvvələr ölkə daxilində və ya xaricində qələbəni sevməyərək qəbul edə bilmir, dövlət başçısının apardığı bu siyasətə bəzən qiymət verə bilmirlər. Onlara çağırış edərdim ki, siz də bu xalqın, torpağın oğlusunuz. Onların qardaşları, oğulları torpaq uğrunda qan töküb. Bu torpağı birlikdə qorumalıyıq. Dəvət edirəm ki, vətəni sevib qorumağı bacarsınlar. Elə şeylər var ki, təhlükəsizliyimizə zərər verir, bu şeylərə qoşulmasınlar. İnsanlarda səhv ola bilər, ancaq vətənə qarşı təhlükəli sözlərin deyilməsinə və xarici qüvvələrin istifadəsinə imkan yaratmasınlar. Bunları tövsiyə edirəm”.

Şərhlər

RT 2021-03-17 03:35:36

Sheyx utanmir , yere qirmir ? onun yiqdiqlari milyonnar hamsi haramdi !!! ..

boz 2021-03-16 19:27:22

Bunun hələ danışmağa üzü də var.

HACI 2021-03-16 19:15:06

Sən də bu xalqın oģlusan. Xalq ūçūn neyləmisən, ya şeyx?

Mehdi 2021-03-16 19:07:38

Bes senin övladlarindan,nevelerinden,yaxin qohum eqrabalarindan kimler bu veteni,torpaqi qoruyub şəhid olub,yaxud yaralanib.Orasi duzduki xaricde bizi gözu goturmeyenlet var.Amma insan evvel özunden danisar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol