Menu

Azərbaycan hərbçiləri şəhidlərin məzarını ziyarət ediblər - FOTOLAR

16.03.2021, 21:01
Azərbaycan hərbçiləri şəhidlərin məzarını ziyarət ediblər - FOTOLAR

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçuları Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar daimi dislokasiya məntəqələrinə yaxın ərazilərdə yerləşən Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Şərhlər

Xalq 2021-03-16 21:43:55

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qəbrləri nurla dolsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol