"Rəsmi məlumata görə 2021-ci ilin yanvar ayında Azərbaycanda 7972 ölüm faktı qeydə alınıb. Müqayisə üçün, 2020-ci ilin yanvar ayında bu göstərici 5177, 2014-2020-ci illərdə yanvar ayı üzrə orta ölüm göstəricisi 5277 təşkil edib".
"AzPolitika.info" xəbər verir ki, bu barədə iqtisadçı Toğrul Maşallı bildirib. Onun sözlərinə görə, bu ilin yanvarında “artıq” ölüm 2695 nəfər təşkil edib.
"Müqayisə üçün, keçən ilin iyununda bu göstərici 2163 nəfər, oktyabrda isə 1264 nəfər olub"- deyə, iqtisadçı qeyd edib.
T. Maşallı doğum sayında da azalma olduğunu bildirib: "2021-ci ilk ayında 10 812 uşaq doğulub. Keçən ilin müvafiq dövründə bu göstərici 11 279 idi.
Nəticə etibarilə təbii artım 6102-dən 2840 nəfərə kimi və ya 2 dəfə azalıb".
"AzPolitika.info"


Şərhlər
Buna yuxarıda xalqa zülm edənlədən sormaq lazımdır.
Bunun əsl səbəbi səhiyyə xidmətlərinin əlçatmaz olması,dərmanların bahalığı və keyfiyyətsizliyi,dövlət səhiyyəsinin çöküşü,əhalinin əsas kütləsinin yoxsulluğudur.