AZƏRBAYCANDA YOLUXMA SAYI YENƏ KƏSKİN ARTDI - Günün statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 242 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7546-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023, bu günə qədər isə ümumilikdə 2 736 493 test icra olunub. 

635x100

Şərhlər

Ceyhun 2021-03-18 20:08:00

Niyə? Səbəb? Ümumi sözlərlə xalqı hər gün aldadırsınız.

Rəqib 2021-03-18 13:53:55

Görəsən Operativ Qərargahda bir bu sahə üzrə təcrübəli,bilikli mütəxəssis varmı? Yoxsa kimlərinsə arzusu üzrə millətə əziyyət verilməsi üçünqeyri peşəkarlar toplaşırıar.Axı hər kəs öz sağlamlığının qeydinə hamıdan əvvəl qalır.İnsanlar şəhərlərdə əsasən maskalarla və ara məsafəsi güdməklə hərəkət edir.Ancaq hökumət Nəqliyyat və mağazaların işini tələb olunan qaydada tşkil edə bilmir və ya istəmir.Bunu isə əhalini boynuna yıxmaq əsaslı sayıla bilməz.Hər bir Qərar kiminsə arzusuna görə deyil,ümüum xalq mnfəətinə görə qəbul olunmalıdır.İnsamnlarınhəyatı ilə oynamaq yetər!

Elnur 2021-03-18 13:46:40

Bu yalanlardan ham;ı bezib./Bunu yoxlayan var ki? Harda və kim yoxaldı?Tam Statistika Komit'əinin m'lumatları kimi! Məsələn Azərbaycanda 4-8 faiz işsiz var kimi.Belə məlumatlar milləə bu qurumlaa inamı yox edib.

Veteran 2021-03-17 23:05:16

Artdı yoxsa artırdılar?

Vətəndaş 2021-03-17 18:17:29

Nə oldu ki.3-4 gündə bu qədər artım oldu? Ya səhiyyə işlənir.ya da manipulyasiyadır.Kiminsə arzusu ilə ki,insanlar əziyyət çəksin.

Son yazılar