Martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənilir.
Bu barədə “Report”a tibb sahəsindən olan mənbələrdən məlumat verilib.
Brifinqdə qəbul edilmiş sərt qərarlar barədə açıqlama veriləcəyi ehtimal edilir. Buna səbəb kimi isə Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı qeyd edilir.
Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün tətil olacaq. Bununla əlaqədar olaraq isə bir çox insan regionlara getməyi planlaşdırır. Bu da öz növbəsində pandemiyanın və ən təhlükəli olan Britaniya ştammının yayılmasına, ölkədə acınacaqlı vəziyyətin yaranmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün preventiv tədbirlərin görülməsi qaçılmaz zərurətə çevrilir.
Qeyd edək ki, koronavirusun Britaniya ştammı daha təhlükəli, sürətlə yayılan, ağır keçirilən sayılır. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər.
Buna misal kimi Slovakiyada pandemiyanın artıq dövlət böhranına səbəb olmasını göstərmək olar. Bu ölkədə gündəlik yoluxma 3 min, ölənlərin sayı isə yüzlərlədir.
Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində qeyd olunur ki, keçən həftə virusun müxtəlif variantları barədə məlumat verən ölkələrin sayı artmağa davam edib. VOC 202012/01 koronavirusundan başqa, ilk dəfə Cənubi Afrikada aşkar olunmuş 501Y.V2 ştammının coğrafiyası da genişlənərək (daha 6 ölkə) 64 ölkəyə çatıb. Əvvəlcə Braziliya və Yaponiyada təsbit edilən P.1 ştammı da daha 6 ölkədə aşkar edilib və indi bu mutasiya növü 38 ölkədə dolaşmaqdadır.


Şərhlər
Ac və yalavac əhalini qapanma ilə zərərsizləşdirmək mümkün olmayacaq.Hökumət öz nöqsanlarını bu yolla ört-basdır edə bilməz.
Son 1 həftədə bütün KİV-lər elə bil yarışa girib,.ay - aman qoymayın korona baş alıb gedir...Qapadın yenə hər yeri sonra nə olacaq.......
Statistika quraşdırma olduğu.kiminsə istədiyi və sfariş etdiyi rəqəmləei guya rəsmi olması mqsədilə mətbuata yayır.Bunu doğruluğunu təsdiqləmək üçün indiyə qədər məlmatları anali etsəniz aydın görərsiniz.Yoluxma sayı qəsdən yalandan artırılırsağalan sayı azaldılır.Sual lunur,Səhiyyə niyə işləmir ki, saalan sayı artıma yox,azalmaya gedir.İnsan sağlamlığını düşünən dövlətdə,səhiyyə sistemində orqanizm üçün lazım olan qidalar,hava,,sinir sisteminin normalda qalması üçün yersiz və əassızqapanmalar dan imtina edilməlidir.Bir şəhərə çıxıb küçələrdə insanlara iqqət edin.Hamı maskalı vıə məsafə güdür.Bəs dövlət nəqliyyat və mağazaarda hansı tədbirlər görüb? Bu biabırçılığa son qoyulmalı və insanların azad,sərbəst həyatna imkan verilməlidir.rs
Bu qeder insanlarin esebi ole oynamaq yanlisdir.eksine saglam heyatdan insanlari mehtum edirsiniz.Yaxsi plolar ki,sehiyyenin yariazligina,dermanlaron keyfiyyetisiz ve baha oldugunu ,sehiyyede ozbasinaliga diqqet edilsin.
SMS dünyanın başqa bir ölkəsində varmı? Varsa hansı ölkədir?
Qardaş inanmırıq vəssalam