Menu

Çingiz Qənizadəyə YAP-ın vəsiqəsi verildi - FOTO

17.03.2021, 17:33
Çingiz Qənizadəyə YAP-ın vəsiqəsi verildi - FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının üzvü Çingiz Qənizadəyə partiyanın vəsiqəsi təqdim edilib.

Modern.az xəbər verir ki, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadəyə partiyanın vəsiqəsini rəsmən təqdim edib.

Qeyd edək ki, Çingiz Qənizadə 44 günlük Vətən müharibəsi zamanı İlham Əliyevin Ali Baş Komandan və Prezident kimi qətiyyətini, uzaqgörən siyasi taktikalarını və nəhayət bir Sərkərdə kimi qürurverici keyfiyyətlərini bir daha gördükdən sonra YAP-a daxil olmaq istədiyini bildirərək, prezident İlham Əliyevə rəsmi müraciət edib.

Bundan sonra prosedur qaydalara uyğun iş başladılıb və ötən ay Çingiz Qənizadə partiya sıralarına qəbul edilib.

Şərhlər

t.ədalət 2021-03-19 14:35:46

Çingiz Qənizadə,Rəsul Quliyev və Əlimməd Nuriyev ...

Veteran 2021-03-18 15:45:21

Qırxında öyrənən gorunda çalar.

Muellim 2021-03-17 23:25:34

Pah, ne boyuk is olun.

Qulam 2021-03-17 21:52:59

Təp-təzə, gülü burnunda çimib, hamamdan, saunadan çıxıb tər- təmizlənmiş YAP inanın sonra belə olacaq....İndi bir topa da TV- pərdə YAP-çı Çingizin YAP üzvü olduğu üçün necə ayıl- mayıl olması barədə sərək-sərək sicilləmələrinin dinləməli olacağıq.Bə beləliklə YAP qət təzə oldu....

Marif 2021-03-17 21:44:35

Buyurun; YAP yeniləri geyiminə şübhə edənlərə ən tutarlı fakt.Həqiqətən YAP-ın Çingiz kimilərini böyük ehtiyacı var.Çünki hədəfdə 800000 say məsələsi var və nə mümkündürsə də olsa bu saya çatmaq lazımdır.Ata Abdullayevin yeri doldurulmalıdır.

Vahidə 2021-03-17 20:50:42

Gülməli deyil ağlamalıdır.

Mubariz 2021-03-17 20:04:32

Bir vaxtlar AXC vəsiqəsi daşıyırdı ,oğlu prokurorluqda işləyir ,YAP lazımdır .Molodes fərəsətli zatdır

El 2021-03-17 19:49:13

Məgər Çingiz YAP-ćı deyildi?

Namiq 2021-03-17 19:06:25

Həə bundan sonra YAP da hər şey düzələr

BAKILI 2021-03-17 18:45:08

Vezifeye gelmek ucundü

Vahid 2021-03-17 18:11:41

Gülməli deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol