Menu

Baydenin ittihamlarına Zaxarova da münasibət bildirib

18.03.2021, 14:39
Baydenin ittihamlarına Zaxarova da münasibət bildirib

ABŞ prezidenti Baydenin Rusiyaya yönəlik ittihamlarına Moskvadan daha bir cavab gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Baydenin Rusiyanın ABŞ-dakı seçkilər müdaxilə etməsinə dair iddialarını əsassız hesab edib və "dezinformasiya” adlandırıb. 

Həmçinin Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonovun məsləhətləşmələr üçün Moskvaya dəvət edildiyini açıqlayıb.

“Sanki ABŞ gizli xidmətlərinin mövcudluğu və fəaliyyəti üçün ayrılmış nəhəng büdcəni bu cür sənədlərlə əsaslandırmaq istəyirlər" – deyə Zaxarova əlavə edib.

O, bir neçə ildir seçkilərə müdaxilə ehtimalını araşdıran ABŞ kəşfiyyatının eynii şeyləri təkrar etdiyini vurğulayıb.

Xatırladaq ki, “ABC News”-a verdiyi müsahibədə Bayden "Putinin bir qatil olduğunu düşünürəm" deyib və Moskvanını ABŞ seçkilərinə qarışmasının əvəzini ödəyəcəyini söyləyib.

Gültəkin

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol