Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və Vüqar Əliyev əfv edilib.
“Report” xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında adı var.
Sərəncama əsasən, V.Əliyevin ömürlük azadlıqdan məhrum etmə cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.


Şərhlər
Ona ömürlük cəza kəsən prokurora və hakimə hansı cəza kəsilib.
Qəribədir, hansı ölüm işinə görə ömürlük həbs verirlər, əlbəttə ki, burada Aslan Aslanovun müdaxiləsi 100 % olmuşdur...
Bu hökmün Aslan Aslanov tərəfindən zorla qəbul olunduğu bəlli idi.Qanunlara başlanğıcda əməl etmək lazımdır ki,sonradan xalqın lənətinə gəlməyəsən.