Menu

Həbsdə olan jurnalist əfv olundu

18.03.2021, 17:00
Həbsdə olan jurnalist əfv olundu

"Azadlıq" qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı əfv olunub. Musavat.com xəbər verir ki, o, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv edilib.

Beləliklə, 1978-ci il təvəllüdlü E.İsmayıllı cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, İsmayıllı Elçin Səməd oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 18 sentyabr tarixli hökmü ilə 9 il müddətinə məhkum edilib. 

O, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli sayılıb.

Şərhlər

Vətəndaş 2021-03-18 21:43:54

Bu yetimə niyə 9 il veribmişlər ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol