Menu

Ərdoğan Aİ-nin rəhbərləri ilə videokonfrans keçirəcək

18.03.2021, 17:48
Ərdoğan Aİ-nin rəhbərləri ilə videokonfrans keçirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 19-da Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursla von der Leyen və Aİ Şurasının sədri Çarlz Mişellə videokonfrans formatında görüş keçirəcək.

Bunu Aİ komissiyasının sözçüsü Erik Mamer gündəlik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, görüşdə Aİ liderlərinin gələn həftə keçiriləcək zirvə toplantısı öncəsi İttifaq ilə Türkiyə əlaqələrinin vəziyyəti dəyərləndiriləcək.

Qeyd edək ki, Aİ-yə üzv ölkələrin liderlərinin Zirvə görüşü martın 25-26-da olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol